Ərəbistan qırıcıları Yəmənə hücumlarınn davamında bu ölkənin müxtəlif məntəqələrini hədəfə alıblar.
İslam Məzhəblərinin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi deyib: Bəzi ərəb və müsəlman ölkələrinin Ali-Səudun Yəməndəki vəhşilikləri qarşısında susması İslam və müsəlmanlara xəyanətdir.
Livan Hizbullahının baş katib müavini Yəmən xalqının təcavüzkarlar qarşısındakı müqavimətini təsəvvürolunmaz adlandırıb.
Təcavüzkar səudiyyə təyyarələri dünən Səna hava limanını bombalayaraq, iki imdad təyyarəsinin daxil olmasına mane olublar.
Səudiyyəlilər Səədə vilayətinə hücumlarının davamında dünən gecə Səədə tarixi məscidini hədəfə alıblar; 4 nəfər ölüb, 10 nəfər də yaralanıb.
BMT-nin Yəməndə humanitar əməliyyatlarının koordinatoru Ərəbistanın rəhbərliyi altındakı koalisiyanın Səədə şəhərinə qarşı hava hücumlarını beynəlxalq qanunların pozulması adlandırıb.
Yəmənin Səədə vilayəti bu gün 22 dəfə səudiyyə qırıcılarının hava hücumları hədəfinə çevrilib.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənə hücumlarının davamında Şebvə aeroportunu bombalayıblar.
Ərəbistanın Yəməndə beşgünlük atəşkəslə razılıq haqdakı iddiasına rəğmən, səudiyyə qırıcıları bu ölkənin şimalına hücum ediblər.
Bir qrup tanınmış yəmənli lider və şəxsiyyət müraciətlər göndərərək, Livan Hizbullahı baş katibinin Yəmən xalqını himayə üzrə mövqeyinə görə təşəkkür edib.
Səudiyyə qırıcıları Yəmənin Səədə şəhərinin şimalındakı Muzabulsəfra məntəqəsində bir məkanı bombalayıblar.
Sərhədsiz Həkimlər Təşkilatının Yəməndəki ofisinin sədri faciəvi insan vəziyyəti, xüsusilə də bu ölkənin bir çox bölgəsində səhiyyə problemləri barədə xəbərdarlıq edib.
Ərəbistan Yəmən inqilabçıları ilə mübarizə aparmaq üçün özünün Yəmənlə cənub sərhədlərinə modern "müdafiə" sistemi yerləşdirəcək.
Ərəbistan müdafiə nazirinin müşaviri və təcavüzkar səudiyyə koalisiyasının sözçüsü bildirib ki, Ənsarullah və husilərin Yəmənin Səədə şəhərindəki mövqeləri ötən sutka ərzində durmadan bombardman edilib.
Ərəbistanın Yəmənin infrastrukturları, təsisatları və zavodlarına qarşı hava hücumlarının ziyanı 13 milyard dollara çatıb
BMT baş katibinin sözçüsü Yəməndəki insan durumu barədə xəbərdarlıq edib və bu ölkədə təcili atəşkəsin bərqərar edilməsini istəyib.
Səədə vilayətindəki Əlbəqəə məntəqəsinin sakinləri bu gün Ərəbistanın "Apaçi" tipli bir helikopterini vurub yerə salmağa müvəffəq olublar.
"Qətiyyətli Tufan" əməliyyatının sözçüsü etiraf edib ki, Ənsarullah hərəkatı ilə həmkarlıq edən yəmənli qəbilələr Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası qırıcılarının hədəfinə tuş gəliblər.
Səudiyyə qırıcıları Yəmənin Həccə vilayətindəki Midi şəhərinin bombalanmasında ilk dəfə olaraq, nur saçan bombalardan istifadə ediblər.
Yəməndə Ənsarullah xalq hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam bildirib ki, bu hərəkatın qüvvələri region əhalisinin köməyi ilə Əltəvahi məntəqəsini terrorçu Əlqaidə qrupunun tabeliyində olan ünsürlərdən azad etməyə müvəffəq olublar.