Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəməndəki ofisinin rəhbəri bu ölkədə gərginliklərin artmasından nigaranlıq edib.
Yəmən Ənsarullah hərəkatının sözüçsü Yəmən xalqı, ordusu və qəbilələrinin Ali-Səud, Əl-Qaidə və onların yerli muzdurları ilə mübarizədə vahid cəbhədə yer aldıqlarını və Ərəbistanın Yəmənə olan təcavüzlərinə möhkəm cavab verəcəklərini vurğulayıb.
Ədən hava limanında silahlı qarşıdurmaların yenidən başlandığı bir halda Yəmən Ənsarullah qüvvələri hələ də bu ölkənin cənub bölgələrində irəliləməkdədirlər.
Tehranın cümə namazı xitabətçisi Ərəbistanın Yəmənə olan hücumlarını qeyri-qanuni adlandıraraq, bu hücumları qınayıb.
Yəmən ordusu Sənanın qərbində Ərəbistana aid bir pilotsuz təyyarəni vuraraq, yerə salıb.
Ərəbistan qırıcılarının Yəmənin şimalına olan son hava hücumlarında 15 nəfər həlak olub.
Yəmən Ənsarullah Hərəkatının rəhbəri Əbdülməlik Əl-Husi təcavüzkarlarla mübarizə üçün 5 müxtəlif cəhbənin təşkil olunduğunu bildirib.
İran İslam Respublikasının bəzi siyasi və parlament rəsmisi Yəmənə hücumun mənfi nəticələrini Ərəbistan üçün çox acı və peşmanedici adlandırıblar.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini bütün ölkələrin Yəməndə xalqın tələblərinə hörmətlə yanaşmalı olduğunu vurğulayıb.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin beynəlxalq ictimaiyyət və regionun sülhsevər ölkələrini Yəmənə qarşı hərbi əməliyyatların dayandırılmasına səy göstərməyə çağırıb.
Yəmənli siyasətçi Misir və region ölkələrinə təzyiq göstərmək məqsədilə Babül-Məndəb boğazının bağlanması ehtimalından xəbər verib.
Livan Hizbullahı sionist rejimin Yəmən xalqı, ordusu və dövlətinə qarşı təcavüzlərini pisləyərək, ərəb və qeyri-ərəb ölkələrinin bu təcavüz aktında yer almasını kəskin formada qınayıb.
Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə telefon danışığında Yəmənə qarşı hərbi müdaxilə və təcavüzlərə dərhal son verilməli olduğunu vurğulayıb.
Yəmən qəbilələri Ərəbistanın dövlət terrorizminə qarşı mübarizə aparmaq üçün ümumi səfərbərlik elan edib, Yəmən xalqının silahlanmasını istəyiblər.
Ərəbistan və müttəfiqləri bu gün də Yəmənə qarşı hava hücumlarını davam etdirirlər.
İran İslam Respublikası xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Ərəbistanın başçılığı altında ərəb ölkələrinin Yəmənə hücum etmələrini bu ölkənin ərazi bütövlüyünün aşkar formada pozulması adlandırıb.
BMT baş katibi müzakirələri Yəmən böhranı üçün yeganə həll yolu adlandırıb.
Yəmənin fərari və istefada olan prezidenti Əbd Rəbbə Mənsur Hadi Ərəbistanın paytaxtı Ər-Riyada daxil olub.
İran xarici işlər naziri və ABŞ dövlət katibi Yəməndə cərəyan edən hadisələr barədə danışıblar.
Yəmənin Ənsarullah hərəkatının lideri Ərəbistanın Yəmənə olan təcavüzlərini pisləyərək, bu addımı ABŞ və İsrailin maraqlarına xidmət adlandırıb.