Cümə, 22 May 2015 13:38

Ərəbistan ordusu yəmənli qüvvələrin hücumunda onlarla hərbçisini itirdi

Ərəbistan ordusu yəmənli qüvvələrin hücumunda onlarla hərbçisini itirdi

Yəmənli qüvvələr Ərəbistanın daxilində həyata keçirdikləri əməliyyat zamanı onlarla hərbçini öldürüb və yaralayıblar.

Beynəlxalq Səhər Kanalının əl-Minar ifnormasiya kanalına istinadən verdiyi məlumata görə, Yəmənin xalq komitələri və qəbilə qüvvələri Sədə vilayətinin şimalında, Ələm məntəqəsinin yaxınlığında Səudiyyə Ərəbistanına aid bir hərbi bazaya hücum ediblər. Bu əməliyyat zamanı biri zabit olmaqla 28 səudiyyə hərbçisi öldürülüb. Yəmənli qüvvələr həmçinin 5 hərbi texnikanı məhv ediblər.
Səudiyyə Ərəbistanı ilə digər sərhəd məntəqələrdə xüsusilə əl-Daxin, əl-Dud, əl-Əyn, əl-Harrə, əl-Cabiri, Ələb və Əbu Kəsaf məntəqələrində həyata keçirilən oxşar əməliyyatlar zamanı da bir qrup Səudiyyə hərbçisi ölüb və yaralanıb.
Yəməndən dxil olan başqa bir məlumata görə, Yəmənin Ənsarullah xalq hərəkatı Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanı əməkdaşlarından bir neçəsini həbs edib.
Bu məlumata görə, Ənsarullah hərəkatı əl-Hədidə limanında Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanı əməkdaşlarından 15 nəfəri həbs edib.
Ənsarullah hərəkatının rəhbər üzvlərindən olan Həmid Tariq əl-Ədnani deyib: Ərəbistanın xüsusi xidmət orqanı əməkdaşları İranın humanitar yardım gəmisinə qarşı terror aktı törətmək və bu gəmiyə doğru raket atmaq məqsədi ilə əl-Hədidə limanına daxil olublar.
Əl-Ədnani saxlanılan casus-terrorçuların üzərindən modern silahlar və terror aktında istifadə olunması nəzərdə tutulan raketin aşkar və müsadirə edildiyini bildirib.
Yəmənin əl-Məsirə informasiya kanalı isə bildirir ki, Yəmən ordusu və xalq qüvvələri Şəbuh vilayətinin əl-Səid məntəqəsində irəliləyərək, bir qrup əl-Qaidə terrorçusunu öldürüb və ya həbs ediblər.
Bu arada Səudiyyə Ərəbistanı ordusunun Yəmənin müxtəlif məntəqələrinə olan hava hücumlarının davamında 25 nəfər həlak olub.
Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənin şimalında, Cəvf vilayətinin Bərt məntəqəsində yolda hərəkət etməkdə olan insanları bombalayaraq, 25 nəfəri öldürüblər.
Ərəbistan qırıcıları həmçinin YUNİSEF-in nəzdində fəaliyyət göstərən didərginlər düşərgəsini də bombalayıb. Nəticədə 5 Somali vətəndaşı həlak olub.
Ərəbistan ordusunun Hava Qüvvələri həmçinin, Sədə vilayətində, Mərva kəndinin yaşayış massivlərini hədəfə alıb.
Yəmənin əl-Bəyza vilayətində, Səvadiyə məntəqəsində ordu qüvvələrinin həmçinin, Dəmar vilayətində Samə hərbi bazası ilə Həraş yüksəkliklərinin bombalanması Ərəbistan qırıcılarının Yəmənə qarşı digər cinayətlərindən olub.
Ərəbistan ordusu Yəmənin yaşayış massivləri və sivil infrastrukturlarını dağıtmaqla yanaşı, bu ölkənin tarixi abidələrini də hədəfə alır. Belə ki, YUNESKO Yəməndə tarixi abidələrin o cümlədən tarixi Səna şəhərinin dağıdılmasını qınayaraq, Ərəbistanın Yəmənə olan hücumlarında İslam sivilizasiyasına aid bir sıra tarixi abidələrin məhv edildiyini bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə