Cümə, 22 May 2015 10:18

Ənsarullah Ərəbistanın xüsusi xidmət orqanının 15 əməkdaşını həbs etdi

Ənsarullah Ərəbistanın xüsusi xidmət orqanının 15 əməkdaşını həbs etdi
Yəmənin Ənsarullah xalq hərəkatı Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanı əməkdaşlarından bir neçəsini həbs edib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Ənsarullah hərəkatı əl-Hədidə limanında Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanı əməkdaşlarından 15 nəfəri həbs edib.
Ənsarullah hərəkatının rəhbər üzvlərindən olan Həmid Tariq əl-Ədnani deyib: Ərəbistanın xüsusi xidmət orqanı əməkdaşları İranın humanitar yardım gəmisinə qarşı terror aktı törətmək və bu gəmiyə doğru raket atmaq məqsədi ilə əl-Hədidə limanına daxil olublar.
Əl-Ədnani saxlanılan casus-terrorçuların üzərindən modern silahlar və terror aktında istifadə olunması nəzərdə tutulan raket aşkar və müsadirə edilib.

Şərh yaz


Məxfi kod
Yenilə