Cümə, 22 May 2015 08:36

Ərəbistanın Yəmənə hücumlarının davamında daha 25 nəfər həlak olub

Ərəbistanın Yəmənə hücumlarının davamında daha 25 nəfər həlak olub
Səudiyyə Ərəbistanı ordusunun Yəmənin müxtəlif məntəqələrinə olan hava hücumlarının davamında 25 nəfər həlak olub.
Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənin şimalında, Cəvf vilayətinin Bərt məntəqəsində yolda hərəkət etməkdə olan insanları bombalayaraq, 25 nəfəri öldürüblər.
Ərəbistan qırıcıları həmçinin YUNİSEF-in nəzdində fəaliyyət göstərən didərginlər düşərgəsini də bombalayıblar. Nəticədə 5 Somali vətəndaşı həlak olub.
Ərəbistan ordusunun Hava Qüvvələri həmçinin, Sədə vilayətində, Mərva kəndinin yaşayış massivlərini hədəfə alıb.
Yəmənin əl-Bəyza vilayətində, Səvadiyə məntəqəsində ordu qüvvələrinin həmçinin, Dəmar vilayətində Samə hərbi bazası ilə Həraş yüksəkliklərinin bombalanması Ərəbistan qırıcılarının Yəmənə qarşı digər cinayətlərindən olub.
Ərəbistan ordusu Yəmənin yaşayış massivləri və sivil infrastrukturlarını dağıtmaqla yanaşı, bu ölkənin tarixi abidələrini də hədəfə alır. Belə ki, YUNESKO Yəməndə tarixi abidələrin o cümlədən tarixi Səna şəhərinin dağıdılmasını qınayaraq, Ərəbistanın Yəmənə olan hücumlarında İslam sivilizasiyasına aid bir sıra tarixi abidələr məhv edilib.

Şərh yaz


Məxfi kod
Yenilə