Çərşənbə, 20 May 2015 20:47

Yəmən haqda İranın iki təklifi

Yəmən haqda İranın iki təklifi
İran xarici işlər nazirinin müavini, Zərifin Yəmən haqda BMT baş katibinin müavininə olan iki təklifindən xəbər verib və deyib ki, İranın yardımlarını daşıyan ilk təyyarə sabah Cibutidə yerə enəcək.
Səhər-in məlumatına görə, İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmirəbdollahiyan BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardımlar üzrə nümayəndəsi Valeri Amos ilə görüşdən sonra müxbirlərə deyib: Bu görüşdə Yəmənin son durumu barədə danışıldı və Yəmənə yardımların tez bir zamanda çatdırılması üzrə müxtəlif yollar araşdırıldı.
İran xarici işlər nazirinin müavini göndərilmə icazəsi verilməmiş Oman vasitəsilə Yəmənə 2 təyyarə dərman yardımları və Cibuti yolu ilə 3 təyyarə qida maddələri yükünün göndərilməsinə toxunaraq, deyib: Yardımların göndərilməsi üçün müştərək həll yolları tapmağa çalışırıq.
İran xarici işlər nazirinin müavini İranın Yəmən xalqına yardım üçün yaşıl məntəqələrin yaradılmasına dair digər bir təklifinə işarə edib və belə deyib: Bu istiqamətdə təklif olundu ki, hərbi əməliyyat və təcavüzün həyata keçirilməyəcəyi bir neçə liman və hava limanı nəzərdə tutulsun.
O, son İraq və Suriya olayalarının araşdırılmasını da Zərif-Amos danışıqlarının mövzularından adlandırıb və bildirib ki, terrorçu qrupların nəzarəti altında olan məntəqələrə yardım əməliyyatlarının gücləndirilməsi tərzi və BMT-nin bu sahədə öz rolunu necə oynaya bilməsi məsələsi danışıqların digər mehvərlərindən olub.
O, Ənsarullahın Cenevrədə keçiriləcək müzakirələrdə İranın iştirakı barədəki təklifi haqda da deyib: Bizim təkidimiz bütün yəmənli tərəflərin və BMT-nin iştirakı və ölkələrin sırf asanlaşdırıcı rola malik olmalarıdır.
İran xarici işlər nazirinin müavini sonda qeyd edib ki, İranın yardımlarını daşıyan ilk təyyarə sabah Cibutidə yerə enəcək.

Şərh yaz


Məxfi kod
Yenilə