Çərşənbə, 20 May 2015 18:51

İranın nicat gəmisi Ədən limanı sularına çatıb

İranın nicat gəmisi Ədən limanı sularına çatıb
İranın nicat gəmisinin kapitanı bildirib ki, bu gəmi hazırda Ədən limanı sularına çatıb və Yəmənin cənub sahillərindən yekun məqsədə doğru hərəkət etməkdədir.
Səhər kanalının məlumatına görə, kapitan Məsud Qazi Mir Səid bu gün nicat gəmisində yerləşmiş IRNA müxbiri ilə müsahibədə deyib: Nicat gəmisinin səfərindən doqquz günün keçməsilə bu gəmi Ədən limanı sahillərindən keçərək, Babulməndəb boğazına doğru hərəkət edir.
Nicat gəmisinin kapitanı ekipaj heyəti, tibb və yardım qrupu, media qrupu və beynəlxalq fəallar daxil olmaqla gəminin bütün müsafirlərinin ruhi və cismani cəhətdən tamamilə qənaətbəxş şəraitdə olduqlarını bildirib.
Nicat gəmisində yerləşmiş IRNA müxbiri də deyib ki, bu gəmi marsrutunu dəyişərək, öncə Cibuti limanına gedəcək. Belə bir halda bir agah mənbə bu gün nicat gəmisində yerləşmiş IRNA müxbiri ilə müsahibədə deyib ki, böyük ehtimala qarşı gəmi öncə Cibuti limanına gedəcək, sonra isə Beynəlxalq Qızıl Xaç Təşkilatı qüvvələrinin axtarışından sonra Yəmənin Hədidə limanındakı yekun məqsədinə tərəf gedəcək.
Bu mənbə əlavə edib: Hazırda gəmi Cibuti sularına yan almaq üçün bu ölkənin icazəsini gözləyir.
İranın Qırmızı Aypara Cəmiyyətinin nicat gəmisi iki min beş yüz ton humanitar yardımla mayın on birindən İranın Bəndər-Abbas limanından yola düşüb.
Yəmənli mənbələrin sözlərinə görə, Ərəbistan qırıcılarının martın 26-dan Yəmənə qarşı hücumlarında 3800-dən çox yəmənli həlak olub.

Şərh yaz


Məxfi kod
Yenilə