Çərşənbə, 20 May 2015 13:29

Səədə vilayətinin məntəqələrinə 200 raket atılıb

Səədə vilayətinin məntəqələrinə 200 raket atılıb
Səudiyyə ordusunun qırıcıları Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumlarını davam etdirirlər və bu gün səhərdən bəri Səədə vilayətinə 200 raket atıblar.
Səhər telekanalının Əlməsirə telekanalına istinadlı məlumatına görə, Ərəbistanın ordu qüvvələri bu gün səhərdən bəri Səədə vilayətinin Əlməlahit və Əlsəbə məntəqələrinə 200 raket atıblar.
Səudiyyə qırıcıları habelə Yəmənin bir çox cənub məntəqələri ilə yanaşı Səədə vilayətini və Səna şəhərinin cənub məntəqələrini bombalayıb və Səna hava limanının texniki mərkəzinə üç dəfə hücum ediblər.
Təəz vilayətindəki Əlcənd məntəqəsində prezident qvardiyasının 22-ci diviziyasının bazası və Əlistiqbal kazarması da Səudiyyə ordusunun hava hücumlarına məruz qalıblar.
Səudiyyə qırıcıları Həccə vilayətindəki Əlmərzəq sərhəd məntəqəsinin ətrafında yerləşən Əzlə məntəqəsinə qarşı iki hücum keçiriblər və Təəz bölgəsindəki Əlsiyanə kazarmasını səkkiz dəfə bombalayıblar.

Şərh yaz


Məxfi kod
Yenilə