Çərşənbə, 20 May 2015 12:06

Ənsarullah heyətinin İraqın din xadimləri ilə görüşü

Ənsarullah heyətinin İraqın din xadimləri ilə görüşü
Yəmən Ənsarullah xalq hərəkatından bir heyət dünən İraqa daxil olduqdan sonra bu ölkənin bir neçə din və siyasi xadimi ilə görüşüb.
Səhər kanalının məlumatına görə, Yəmən Ənsarullahının siyasi bürosunun üzvü Muhəmməd Əlqəblinin başçılıq etdiyi bu hərəkatın şəxsiyyətlərindən beş nəfər Bağdadın Kərradə məntəqəsində İraq Ali İslam Məclisinin sədri Seyid Əmmar Həkim ilə görüşüb.
Ənsarullah heyəti həmçinin İraq Hizbullahı batalyonlarının siyasi bürosunun üzvü Casim Əlcəzairi ilə də görüşüb.
Muhəmməd Əlqəbli mətbuat konfransında deyib: İraqda hamı Yəmən xalqının tərəfdarıdır və Ərəbistanın təcavüzünü pisləyir və biz İraqda qəriblik hiss etmirik.
Bu məlumata görə, qərar üzrə Ənsarullah heyəti İraqa beşgünlük səfərdə Nəcəf şəhərinin din xadimləri və bu ölkənin bir neçə siyasi şəxsiyyəti, o sıradan vitse-prezident Nuri Əlmaliki ilə görüşməlidir.

Şərh yaz


Məxfi kod
Yenilə