Bazar ertəsi, 18 May 2015 19:08

Ərəbistanın Yəmən məntəqələrinə hücumları davam edir

Ərəbistanın Yəmən məntəqələrinə hücumları davam edir

Ali-Səud qırıcıları atəşkəs bitəndən sonra bir daha Yəmən məntəqələrini hədəfə alıblar.

Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, bu ölkənin təhlükəsizlik mənbələri bildiriblər ki, Ali-Səud qırıcıları Beynəlxalq Ədən hava limanını bir daha hədəfə alıblar. Bu bombardmandan sonra təhlükəsizlik mənbələri Beynəlxalq Ədən hava limanı ətrafında terrorçularla Yəmənin hərbi qüvvələri arasında geniş döyüşlərin baş verməsindən xəbər veriblər. Bu mənbələr vurğulayıblar ki, Ali-Səud qırıcıları bu ölkənin bəzi məntəqələrini planlaşdırılmış şəkildə bombalayaraq, Əlqaidə terrorçularının bu məntəqələrə yiyələnmələrinə zəmin yaradıblar.
Yəmənli mənbələr habelə Səədə vilayətindəki Əlhəsamə və Şəda sərhəd məntəqələrinin artilleriya və raket bombardmanına məruz qalmalarından xəbər veriblər. Bir neçə sivil ölüb və yaralanıb.
Ərəbistanın Yəmənə qarşı hava hücumları elə bir halda davam edir ki, BMT beşgünlük atəşkəsin davam etdirilməsi və Yəmənin bombalanmasından çəkinilməsini istəmişdi.
Yəmənin müxtəlif nöqtələri martın 26-dan bəri Ərəbistan və müttəfiqləri tərəfindən havadan hədəfə alınır və yüzlərlə yəmənli, o sıradan bir qrup uşaq, qadın və yaşlı həyatını itirib.

Şərh yaz


Məxfi kod
Yenilə