Bazar ertəsi, 18 May 2015 11:17

Əmirəbdollahiyanın İsmayıl Vələd Əlşeyx ilə telefon söhbəti

Əmirəbdollahiyanın İsmayıl Vələd Əlşeyx ilə telefon söhbəti
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini vurğulayıb ki, İran Yəməndə bütün tərəflərin iştirakı ilə yəmənli-yəmənli dialoqun başlanmasını dəstəkləyir.
Səhər kanalının məlumatına görə, Hüseyn Əmirəbdollahiyan BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Əlşeyx ilə telefon söhbətində deyib ki, Yəmən qrup və partiyaları BMT-nin nəzarəti altında davamlı razılığa çata bilərlər.
Əmirəbdollahiyan İranın BMT-nin səylərini dəstəklədiyini bildirərək, deyib: BMT və yardımçı orqanlar insani durumun ağırlaşmasının qarşısını almaq məqsədilə Yəmənə yardımın göndərilməsi üçün geniş, təcili və müntəzəm proqrama malik olmalıdırlar və BMT baş katibinin xüsusi nümayəndəsinin bu sahədəki rolu mühümdür.
Vələd Əlşeyx də vurğulayıb ki, BMT Yəmən xalqına humanitar yardımların göndərilməsi üçün təsirli səylər göstərib və ümidvardır ki, qarşıdakı günlərdə nəticəyə çatacaq.
Bu məlumata görə, qərar üzrə BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi artıq məşvərət üçün İran daxil olmaqla region ölkələrindən görüş keçirməlidir.

Şərh yaz


Məxfi kod
Yenilə