Şənbə, 16 May 2015 11:52

Səna hava limanı humanitar yardımlar gətirən təyyarələri qəbul etməyə başlayıb

Səna hava limanı humanitar yardımlar gətirən təyyarələri qəbul etməyə başlayıb

Ərəbistanın hava hücumları zamanı ciddi xəsarətlər alan Sənanın hava limanı humanitar yardım yüklərini daşıyan təyyarələri qəbul etməyə başlayıb.

Beynəlxalq Səhər Kanalının əl-Minar informasiya kanalına istinadlı məlumatına görə, Ərəbistanın elan edilmiş atəşkəsi pozaraq, Yəmənin Sədə vilayətinə qarşı hücumlarını davam etdirməsinə və bəzi vilayətlərdə vəziyyətin ağır olmasına baxmayaraq, məktəblərdə yekun imtahanlar keçirilib.
Digər tərəfdən, bir qrup yəmənli qadın dünən BMT-nin Sənadakı ofisi önündə piket keçirərək, Yəmənə qarşı baş verənlər qarşısında bu təşkilatın öz vəzifəsinə əməl etməsini istəyib.
Bu arada Yəmənə qarşı amansız hücumlar və bu ölkənin mühasirəyə alınmasından 50 gün sonra nəhayət humanitar yardımlar və yanacaq məhsullarının ölkəyə buraxılmasına icazə verilib.
Yəmənin Milli Neft Şirkəti mövcud ehtiyatların tələbatı təmin etmək üçün kafi olduğunu təsdiq edib.
Bu şirkət həmçinin istəyib ki, vətəndaşlar əməkdaşlıq və təyin olunmuş ölçüyə riayət etsinlər.

Şərh yaz


Məxfi kod
Yenilə