Cümə, 15 May 2015 08:26

Ərəbistan atəşkəsi pozur

Ərəbistan atəşkəsi pozur

Ərəbistan Yəməndə atəşkəsin ikinci günündə bir çox hallarda onu pozub.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ərəbistanın helikopterləri Sədə vilayətində əl-Zahir şəhərciyinin əl-Safiyyə məntəqəsində bir avtomobilə hücum edərək onun 9 sərnişinini şəhid ediblər.
Ərəbistan bazalarından arsenal hücumu da bu gündə dayanmayıb və əl-Məfruq hərbi bazalarından və Cəbəl Toyləqdən Vadi əl-Fər və sərhəd bölgələrinə doğru mərmilər atılıb.
Həccə vilayətində də Ərəbistan arsenalı əl-Həmra və sərhəd bölgələrini atəşə tutublar.
Ləhic vilayətində Ərəbistan qırıcı təyyarələri havada uçuşlar keçirərək Yəmən ərazisində öz muzdlularını geniş şəkildə dəstəkləyiblər.
Ədən şəhərində əl-Qaidə ünsürləri ağır, yarım ağır və yüngül silahlardan Dar Səəd və əl-Məmdarədən sahil xətti və əl-Ərişi atəşə tutublar.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri atəşkəsi pozaraq Yəmənə təcavüz edib və bu ölkə səmasında uçuşlar həyata keçiriblər.
BMT-nin Yəmən böhranının həlli üzrə xüsusi nümayəndəsi İsmail Vələd Şeyx Əhməd də cümə axşamı günü Ərəbistan tərəfindən atəşkəsin pozulmasını nigaranedici adlandırıb.
Şeyx Əhməd Yəməndə toqquşan tərəfləri sivillərə yardımın çatdırılması istiqamətində atəşkəsə riayətin olunmasına şərait yaratmağa çağırıb.
Başqa bir məlumata görə, Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd əl-Husi İranın Yəməndə istənilən hərbi iştirakını təkzib edib.

Şərh yaz


Məxfi kod
Yenilə