Cümə axşamı, 14 May 2015 20:20

Ərəbistan-Yəmən sərhədindəki kəndlər boşaldılıb

Ərəbistan-Yəmən sərhədindəki kəndlər boşaldılıb
Səudiyyə Ərəbistanı yəmənli qəbilələr və xalq qüvvələrinin hücumlarından qorxaraq, bu ölkənin cənub-qərbindəki Cənubi Zəhran məntəqəsindəki sərhəd kəndlərini boşaldıbdır.
Əlminar telekanalının məlumatına görə, Ərəbistanın cənub sərhədlərində bu ölkə ordusunun bəzi mövqelərinə qarşı mərmi hücumlarından sonra Ərəbistan Cənubi Zəhran məntəqəsindəki sərhəd kəndlərini boşaldıbdır.
Əlvətən Əlsəudiyyə qəzeti də bir agah mənbəyə istinadla yazıb: Yəmənin Səədə vilayəti ilə sərhəd zolağına yaxın kəndlərin sakinlərinin boşaldılması mərmi hücumları ilə mübarizədə önləyici addım kimi həyata keçirilib.
Ərəbistan ordusunun Yəməndə, xüsusən Səədə vilayətindəki təcavüz və cinayətlərinin davam etməsinə cavab olaraq, yəmənli qəbilələr Ərəbistanın sərhəd kəndlərini mərmi atəşinə tutublar.

Şərh yaz


Məxfi kod
Yenilə