Cümə axşamı, 14 May 2015 18:13

Ərəbistanın Yəmənə hava hücumunda 9 nəfər həlak olub

Ərəbistanın Yəmənə hava hücumunda 9 nəfər həlak olub
Bir səudiyyə vertolyotunun Yəmənin şimalındakı bir vilayətə hücumu atəşkəsin yenidən pozulmasından əlavə, 9 yəmənlinin həlak olması ilə də nəticələnib.
Livanın Əlməyadin xəbər kanalının məlumatına görə, bir ərəbistanlı vertolyotun bu gün səudiyyə qüvvələrinin atəşkəsinin üçüncü günündə Səədə vilayətindəki bir məntəqəyə hücum edib və azı 9 nəfər həlak olub.
Belə bir şəraitdə Yəmən Ənsarullahı xalq hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam Yəmənə bir daha hücumları haqda Ərəbistan ordusuna xəbərdarlıq edərək, bildirib ki, Ənsarullah hərəkatı Ərəbistanın Yəmənə qarşı hər cür hücumunu qətiyyətlə cavablandıracaq.
Yəmənli mənbələrin bildirdiklərinə görə, Ərəbistanın Yəmənə hücumu 3800-dən çox insanın həlak olması və 8000-dən çox insanın da yaralanması ilə nəticələnib.
Ərəbistanın Yəmən xalqına hücumu həmçinin təqribən 100 min yəmənlinin didərgin düşməsinə səbəb olub.

Şərh yaz


Məxfi kod
Yenilə