Cümə axşamı, 14 May 2015 18:12

Obama Yəməndə daimi atəşkəs ehtimalından xəbər verib

Obama Yəməndə daimi atəşkəs ehtimalından xəbər verib
Amerika prezidenti Yəməndə daimi atəşkəs ehtimalından xəbər verib.
IRIB-nin məlumatına görə, Amerika prezidenti Barak Obama bu gün Vaşinqtonda Ərəbistan vəliəhdi Məhəmməd bin Naif bin Ədüləzizlə görüşdə Yəməndə daimi atəşkəs üzrə razılıq imkanının araşdırılmasından xəbər verib.
Obama deyib ki, Ərəbistan başçıları ilə Yəməndə atəşkəsin qurulması üçün sonrakı addımlar haqda danışacaq.
Ərəbistan çərşənbə axşamı günü gecədən atəşkəs elan edib, amma Yəmənin müxtəlif məntəqlərinə hücum edir. Bundan öncə Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr də Yəməndə atəşkəsin uzadılması ehtimalını vurğulamışdı.

Şərh yaz


Məxfi kod
Yenilə