Şənbə, 23 May 2015 20:22

M.Əfxəm: ABŞ prezidentinin sözləri həqiqətə uyğun deyil

M.Əfxəm: ABŞ prezidentinin sözləri həqiqətə uyğun deyil
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidenti Barak Obamanın İrana qarşı səsləndirdiyi ittihamları rədd edib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, İran XİN sözçüsü Mərziyə Əfxəm bu gün şənbə ABŞ prezidentinin İran rəhbərlərini anti-yəhudi adlandırması və Tehranı regionda hegemonçuluq ardınca olmaqda ittiham etməsinə reaksiya olaraq deyib: Bu iddialar elə bir şəraitdə səsləndirilir ki, İran İslam Respublikası Yaxın Şərq regionunda sabitliyin dayaq nöqtəsidir və kobudluqlara qarşı mübarizədə siyasi yollar və regional əməkdaşlıqlara təkid edir.
M.Əfxəm əlavə edib: İran İslam Respublikası bütün ilahi dinlər və onların davamçıları o cümlədən yəhudilər və yəhudi dininə hörmət edir. İranın anti-sionist siyasətləri də yəhudilərə və yəhud dininə qarşı yox, sionist rejimin işğalçılıq, mütəşəkkil cinayətkarlıq və dövlət terrorizmi siyasəti yürütməsinə qarşıdır.
İran XİN sözçüsü daha sonra "İranofobiya" siyasəti və ona rəvac verilməsini regionda gərginlik və böhranın davam etdirilməsinə hesablanmış bir plan adlandırıb və deyib: tarixi gerçəkliklər İranın region və dünyada sülhsevər və konstruktiv məqsədlər ardınca olduğunu sübut edib.
M.Əfxəm Amerika və Qərb dünyasında "İslamofobiya"nın sürətlə genişlənməsinə işarə edərək, deyib: ABŞ prezidenti diqqətini bu nəhs fenomen və bəzi ölkələrin müsəlmanlara qarşı yönəlmiş düşmənçilik siyasətlərinə, hər gün müsəlmanların ABŞ-ın müttəfiqləri tərəfindən qırğın edilməsinə və ya müsəlmanlara qarşı Amerika tərəfindən himayə olunan təkfirçi-terrorçular tərəfindən amansız cinayətlərin törədilməsinə yönəltmək əvəzinə, regionun təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin ünvanını səhv salaraq, yanlış yönə baxır.
Əfxəm həmçinin, ABŞ rəsmilərinin bütün seçimlərin masa üzərində olması ilə bağlı açıqlamalarını da mənfir bir fikirin israrla təkrar edilməsi adlandırıb və cərəyanda olan müzakirələrin ilkin prinsiplərinə hörmətin edilməsinə təkid edərək, deyib: "Hərbi seçim" iddiasına reallıq dünyasında yer yoxdur.

Şərh yaz


Məxfi kod
Yenilə