Şənbə, 23 May 2015 18:59

BƏT: Qəzzənin dağılmış mənzilləri bərpa olunmayıb

BƏT: Qəzzənin dağılmış mənzilləri bərpa olunmayıb
Beynəlxalq Əmək Təşkilatı(UNRWA) bildirib ki, ötən yayda İsrailin hücumlarında dağılmış mənzillərin heç biri bərpa edilməyib.
Səhər kanalının məlumatına görə, Səma informasiya agentliyi bu gün UNRWA-nın bəyantına istinadla bildirib: İsrailin 2014-cü ildəki hücumlarında 9 min mənzil tam və 120 min mənzil də cüzi şəkildə dağılıb və bu 9 min mənzildən hətta birisi belə, bərpa edilməyibdir.
UNRWA-nın bəyanatında deyilir: Cüzi surətdə dağılmış 120 min mənzilin yarısı bərpa olunub və UNRWA ümid edir ki, mənzillərin digər yarısı tez bir zamanda bərpa ediləcək.
Bu bəyanata görə, fələstinlilər hələ də öz mənzillərinin bərpası üçün lazımi büdcə almaq intizarındadırlar.

Şərh yaz