Səhər kanalının məlumatına görə, SİKA-nın iclasında iştirak üçün Pekində olan İİR Quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru deyib ki, Asiyanın təhlükəsizliyinin bərqərarı bu təşkilatın əsas prioritetidir və İran təşkilatın hədəflərinin reallaşmasında onun fəal və təsirli üzvlərindən biri olacaq.
Əli Əkbər Vilayəti əlavə edib: SİKA regional təhlükəsizlik hədəfi ilə işə başladı, amma hazırkı şərait təşkilatın bütün Asiyada təhlükəsizliyin qurulması və bu qitə ölkələrinin inteqrasiyası daxil olmaqla daha ətraflı hədəfləri izləməsinə səbəb oldu.
SİKA-nın ikigünlük iclasında Asiya ölkələrinin siyasi və iqtisadi həmkarlıqlar və təhlükəsizlik sahələrində daha artıq əməkdaşlıq yolları araşdırılacaq.
Son xəbərlər
- M.Əfxəm: ABŞ prezidentinin sözləri həqiqətə uyğun deyil
- Elmar Məmmədyarov: "Əminliklə deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq”
- BƏT: Qəzzənin dağılmış mənzilləri bərpa olunmayıb
- Vaşinqton Avropa Birliyinin sabiq SSRİ məkanına nüfuzunu dəstəkləyir
- Cibuti İranın yardımlarını daşıyan təyyarənin enişinə qarşı çıxıb
- Zərif: Xalqın fədakarlığı olmasaydı, böyük qüdrətlər qarşısında durmağa qadir olmazdıq
- Rusiya İŞİD ilə mübarizədə İraqa kömək edəcək
- Vilayəti: İran SİKA-nın təsirli üzvüdür
- Həsibə şəhəri azad edildi
- General-mayor Esmaili: ZRS hər bir hədə ilə mübarizəyə hazırdır
Şənbə, 23 May 2015 18:40
Vilayəti: İran SİKA-nın təsirli üzvüdür

İran Asiyada siyasi və iqtisadi həmkarlıqların genişlənməsi və təhlükəsizliyin artmasına daha çox kömək edəcək.