Bazar ertəsi, 30 Aprel 2012 16:15

Fars Körfəzi sularında "Vəlfəcr" sərhəd qoruma manevrinin ikinci mərhələsi başlayıb

sardar hoseyn zolfaqari sardar hoseyn zolfaqari

Tehran Radiosu – İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı Fars Körfəzi sularında Vəlfəcr dəniz manevrinin ikinci mərhələsinin başlanmasından xəbər verib.

 

General-mayor pasdar Hüseyn Zülfüqari deyib: Bu gün səhərdən İranın Sistan və Bəluçestan , Buşehr , Hormozqan və Xuzestan ostanlarında dəniz sərhəd qoşunlarının iştirakı ilə Vəlfəcr dəniz manevrinin ikincidən 4-cü mərhələsi başlanıb və 5 günə qədər davam edəcəkdir.

General-mayor pasdar Zülfüqari sonra deyib: İranın nizam-intizam qüvvələrinin güclülüyü habelə İİR hakimiyyətinin Fars Körfəzi sularında nümayiş etdirilməsi, dənizdə sərhəd əməliyyat qüvvələrinin məharətliliyini habelə dəniz bölmələrinin güclülüyü və ahəngdarlığının artırılması bu manevrin keçirməsi hədəflərindəndir.

Şərh yaz


Məxfi kod
Yenilə