Çərşənbə, 18 Fevral 2015 09:07

AİP Möhsüm Səmədova qarşı qərəzli mövqeyə etiraz etdi

AİP Möhsüm Səmədova qarşı qərəzli mövqeyə etiraz etdi

"Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədovla bağlı müraciətə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cavabı qaneedici sayıla bilməz". FaktXəbər-in verdiyi məlumata görə , AİP liderinin atası Mərdan Səmədovun dəfninə buraxılmaması ilə əlaqədar qurumun yaydığı bəyanatda belə deyilir.

Sənəddə bildirilir ki, ümumiyyətlə M. Səmədov şərlənərək qanunsuz 12 illik həbs cəzasına məhkum edilib. Onun əməlində heç bir cinayət tərkibi olmadığı halda ən ağır ittihamlarla həbsxanaya salınıb. İslam Partiyası Penitensiar Xidmətin müraciətlərini nəzərə almamasını qərəzli mövqe kimi qiymətləndirib: "M. Səmədovun atası Mərdan Səmədovun yas mərasiminə qatılması ilə əlaqədar Penitensiar Xidmətin cavabı nəinki qanunsuz həbsə məruz qalanın hüzn mərasimində iştirakını təmin etməyin qanunsuz olduğuna istinadən qaneedici deyil, eyni zamanda bu yanaşma mental xüsusiyətlərimizə ziddir, həm də humanizmdən çox uzaqdır. Bütün hallarda məhbusun öz əzizlərinin hüzn mərasimində iştirakını təmin etmək bizcə heç bir problem törətmir. Biz Penitensiar Xidmətin cavabını humanizm ideyalarından kənar hesab edir, bunu qərəzli mövqe kimi qiymətləndiririk". Xatırladaq ki, AİP lideri hacı Möhsün Səmədovun atası Mərdan Səmədov yanvarın 5-də axşam saatlarında vəfat edib. Vəkil Anar Qasımlı müvəkkilinin dəfn mərasiminə buraxılması üçün aidiyyəti qurumlara müraciət etmişdi. Bununla belə, nə dəfn günü, nə də qırx mərasimində mərhumun yeganə oğlu olan Möhsün Səmədovun atasının hüznündə iştirakına izn verilməyib. ƏN PX-dən gələn cavabda bunun qeyri-qanuni olması göstərilməklə mümkünsüzlüyü qeyd edilmişdi.

Şərh yaz