Cümə, 15 May 2015 13:02

İran taekovando üzrə Dünya Çempionatında 2-ci qızıl medalı qazandı

İran taekovando üzrə Dünya Çempionatında  2-ci qızıl medalı qazandı

İranlı taekovandoçular Rusiyada keçirilən Dünya Çempionatında 2-ci qızıl medalı əldə ediblər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, 74 kq çəki dərəcəsində iranlı taekovandoçu Məsud Həci Zəvarə özbəkistanlı rəqibini 9:7 hesabı ilə məğlub edərək Dünya Çempionatında İrana 2-ci qızıl medalı qazandırıb.
Zəvarə çempionluğa qədər Əlcəzair, Xorvatiya, İspaniya, Meksika və Rusiya taekovandoçularını tatamidən uzaqlaşdırmışdı.
Çərşənbə günü də 58 kq çəki dərəcəsində Fərzan Aşurzadə qızıl medala layiq görülmüşdü.
Taekovando üzrə 22-ci Dünya Çempionatı 136 ölkədən 875 idmançının iştirakı ilə Rusiyada keçirilir.

Şərh yaz


Məxfi kod
Yenilə