Bazar, 29 Sentyabr 2013 12:51

Əzim Qeyçisaz 8201 metrlik Cho Oyu zirvəsini fəth etdi

Əzim Qeyçisaz 8201 metrlik Cho Oyu  zirvəsini fəth etdi

 

Tehran Radiosu – İranın güclü alpinisti Əzim Qeyçisaz sentyabrın 26-da 8201 metr hündürlüyü olan Cho Oyu zirvəsini fəth etdi .

 

Qeyçisaz sentyabrın 25-də gecə çağı 7100 metr hündürlükdə yerləşən ikinci kempdən Cho Oyu zirvəsinə tərəf hərəkət edib . O süni oksigen kapsulundan   bəhrələnmədən və yerli yükdaşıyanlardan yardım almadan yerli vaxtla səhər çağı saat 8-dən 8210 metriki Cho Oyu zirvəsini fəth etmişdir.

Qeyçisaz bu müvəffəqiyyəti ilə fəth etdiyi 8 min metrdən çox hündürlüyü olan dağların sayını 12-yə çatdırıb. O təkcə " Şişa Panqma " və " Lot " adlı daha iki zirvəni fəth edərsə adını dünyanın 14  8 minlik zirvəsini fəth edənlər klubunda qeydə aldırmış olacaq.

Qeyd edək ki , 8 min metrdən çox hündürlüyü olan zirvələr ümumiyyətlə Himalaya silsilə dağlarında yerləşir.

Şərh yaz


Məxfi kod
Yenilə