Cümə axşamı, 29 Mart 2012 14:19

"İran-Azərbaycan sərhədlərinin təhlükəsizliyi NATO-ya tapşırılır"

marzhaye İran va Azerbaijan marzhaye İran va Azerbaijan

Tehran Radiosu – Sionist rejimin Bakıdakı səfirliyi ilə əlaqəsi gizli olmayan Ayna qəzeti bəzi hərbi doktrina tədqiqatçılarına istinadən yazır: Azərbaycan Respublikası İranın nüvə proqramında region üçün yaratdığı təhlükədən özünü qorumaq və bu ölkə əleyhinə hazırlanmış hərbi əməliyyat ssenarisini həyata keçirmək üçün NATO-dan yardım istəyə bilər.

 

Bu qəzetin yazdığına görə, bu tədqiqatçıların fikrincə Azərbaycan Respublikasının İranla sərhədindəki təhlükəsizliyin təmininin NATO-ya tapşırılması həm respublikanın BMT protokollarındakı razılıq imzası, həm də NATO ilə ikitərəfli əməkdaşlığı haqda razılaşmalara uyğundur!!

Sionist rejim rəsmilərinə qədrdanlıqla dolu olan bu təklifdə daha sonra deyilir: Doktrina tədqiqatçılarının fikrincə, Tehran-Bakı arasında olan indiki soyuq münasibət, Azərbaycanda İranın mənafeyi üçün fəaliyyət göstərən 22 agentin tutulması, həmçinin İsrail, Amerika, Britaniya kimi bir sıra Qərb ölkələri səfirliklərinin son xəbərdarlıqları ilə bərabər İranın Azərbaycana son etiraz notası bu təklifin verilməsinə şərait yaradıb.

Onu da qeyd edək ki, NATO rəsmi Bakıdan lazımınca istifadə etmək və Əfqanıstanın işğalını davam etdirmək üçün bu ölkədən hərbi avadanlıqlar ötürməsinə rəğmən, Azərbaycanın Dağlıq Qarabağı hərbi qüvvə ilə azad etməsinə qadağa qoyub.

 

Şərh yaz


Məxfi kod
Yenilə