Cümə axşamı, 17 Mart 2011 18:07

Hacı Əlikram Əlizadə Allahın rəhmətinə qovuşdu

تصوير حاجي عليکرام نارداني و فايل صوتي آن در اف/تي/پي راديو آذري به نام nuri تصوير حاجي عليکرام نارداني و فايل صوتي آن در اف/تي/پي راديو آذري به نام nuri

Tehran Radiosu- El ağsaqqalı , Azərbaycan İslam Partiyasının Banisi və İslam dünyasının tatnınmış mübariz şəxsiyyəti Hacı Əlikram Əlizadə Nardaranlı Allahın rəhmətinə gedib.

 

Aldığımız xəbərə görə uzun illər zülm və dinsizliyə qarşı mübarizələri ilə seçilmiş və müasir tağutlar əleyhinə fəryadları ilə zalımların canına lərzə salmış qocaman El ağsaqqalı uzun müddət xəstəlikdən sonra bu gün , günortadan sonra Bakı vaxtı ilə 17-30 radələrində haqqın dəvətinə ləbbeyk deyib dünyasını dəyişmişdir.

Hacı Əlikram Əlizadə 1940-cı miladı ilində Nardaranda dünyaya göz açmışdır .

O,1979-cu ildə həm də Sovet ittifaqı dövründə İslam İnqilabının zəfər çalması ilə İmam Xomeyni(r.ə)-in bütün dünya məzlumlarına çağırışına canı - dildən ləbbeyk deyərək , Azərbaycan R-da İslam inqilabı tərəfdarlarının özəyini qoyaraq islam partiyasını yaradıb ona rəhbərlik etmişdir .

Hacı Əlikram Əlizadə , islam dinini təbliğ etdiyinə , islam inqilabı amallarının müdafiəsində durduğuna görə daima fəaliyyətdə olan hökumətlər tərəfindən təzyiq və həbslərə məruz qalmışdır . Lakın bütün bunlara rəğmən nəinki tutduğu yoldan dönməmiş ,hətta bu yolda daha da möhkəmlənmişdir .

Qeyd edək ki , illər öncə həbsdə olarkən ağır işgəncələr üzündən bəzi bədən xəsarəti almış Hacı Əlikram Əlizadə həm də şəkər xəstəliyinin elə həbsdə olarkən ağırlaşması nəticəsində adi yaşayışın şirinliklərindən məhrum olub , ömür boyu inancları yolunda çəkdiyi çətinliklərlə yanaşı ağır xəstəliklə də əlbəyaxa olmuşdu.

Hacı Əlikram Əlizadə bu xəstəliyinə baxmayaraq bir ömür yaşadığı ictimaiyyətə zalım qüvvələr tərəfindən yoluxdurulmuş xəstəliklərlə mübarizəsini də dayandırmadı və bir an da olsun məzlumları himayədən sarsılmadı.

Aşağıda tanınmış el ağsaqqalı və mübarizə illərində Hacı Əlikramın kənarında olmuş Hacı Hacıağa Nurinin o qəhrəman şəxsiyyət barədəki ifadələrini sizə təqdim edirik.

Media

Şərh yaz


Məxfi kod
Yenilə