Bazar ertəsi, 10 Noyabr 2014 16:31

OPEC Pekində zirvə toplantı keçirib

Tehran Radiosu  - Asiya və Sakit Okeanı  İqtisadı və Əməkdaşlıq Təşkilatı OPEC-in 20 üzvü noyabrın 10-da Pekində illik toplantılarını keçirməyə başlayıblar.

 

Dünya iqtisadiyyatının 60 faizini təşkil edən OPEC üzvlərinin ən əhəmiyyətli məqsədi üzvlərarası sərbəst ticarət razılaşmasının əldə edilməsi olmuşdur.

OPEC-in zirvə toplantısı ilk dəfə 1993-cü il Amerikada keçirildi. Həmin iclasda sakit okeanı yanı ölkələrin rəhbərləri , üzv ölkələrarası məhdudiyyətlərin azaltması və iqtisadı əməkdaşlıqları genişləndirmək uğrunda bir assambleyanın təşkil edilməsinə razılaşıblar.

Hətta 1994-cü ilin iclasında 2010-cu ilə kimi sənayeləşmiş ölkələr və 2020-ci ilə kimi inkişaf halında olan ölkələri ticarət taariflərinin 5 faizi azalmasına razılıq əldə edilmişdir.

O zamanı  Amerika iqtisadiyyatı , Asiyanın şərqi ölkələrində iqtisadiyyatın rövnəqə malik olduğundan bəhrələndiyinə görə ,  bu razılaşmanın hədsiz himayəsinə malik olmuşdur. Amma Çin iqtisadiyyatının  güclü regional və beynəlxalq təsirinə görə ABŞ bu razılaşmanı əngəlləyir.

Əslində demək olar ki, Amerika rəhbərlərinin Çini cilovlamaq istəmələri ilə , bu dəfə rəsmi Vaşinqton , prosesi Çin olmadan həmin regionda , ikitərəfli və neçətərəfli sərbəst ticarət razılaşmaların imzalanmasına tərəf yönəldib , bu da OPEC siyasətləri ilə ziddiyyət daşıyır. Belə ki, deyilənlərə görə, ABŞ prezidenti Barak Obama hətta OPEC iclasında iştirak etməzdən əvvəl bir daha sakit okeanı ölkələrinin Çin olmadan tezliklə sərbəst ticarət razılaşması imzalamalarını tələb etdi. Bu üzdən Çin , OPEC-in hazırkı iclasına ev-sahibliyi etməklə , dünyanın ikinci iqtisadiyyat sahibi olaraq diplomatik təşəbbüslərini artırmışdır. Beləliklə də OPEC-in zirvə toplantısında üzvlərarası sərbəst ticarət razılaşmalar mövzusu gündəmdə oldu.

Belə bir halda həmin toplantıda ölkələr rəhbərlərini iclasla yanaşı dünya məsələləri barədə fikir mübadiləsi aparmaları artıq əhəmiyyətə malik olur.

Xüsusi ilədəki dünya , xüsusi ilə də Asiyanın şərq regionu dünya iqtisadiyyatının mühərriki kimi , bəzi hegemon dövlətlərinin siyasətləri nəticəsində qalmaqla və təhlükəli vəziyyətlə üzləşmişdir. Belə ki , hazırda nəinki Çin və Yaponiya , həmdə Rusiya və Yaponiya OPEC-in əhəmiyyətli üzvü olduqları bir halda ərazi ixtilafları ilə üzləşiblər. İxtilaflar və yaxud münaqişələrin şiddətlənməsi OPEC üzvlərinin iqtisadı əməkdaşlıqlarına mənfi təsir buraxır.

Buna görə də iki il müddətində sərt münasibətlərdən sonra Çin və Yaponiya rəhbərlərinin iclasla yanaşı görüşmələri əhəmiyyətli mövzu sayılır. Bu görüş elə halda baş verir ki, Çin və Yaponiyanın xarici işlər nazirləri müştərək bəyanat yayaraq siyasi, diplomatik və təhlükəsizlik danışıqlarının tədricən başlanılmasını razılaşıblar.  

Eyni halda , Rusiya və Yaponiya rəsmilərinin rəsmi Tokionun Moskvaya qarşı ABŞ sanksiyalarında iştirak etməsi ilə iqtisadı əməkdaşlıqları sərtləşdirdiyi halda görüşləri OPEC-in  son toplantısını daha artıq diqqət mərkəzinə gətirmişdir.

Bu şəraitdə ekspertlərin çoxunun qənaətincə , OPEC toplantısı , ABŞ və Çinin region ölkələri ilə ticarət razılaşması imzalamaq uğrunda rəqabət apardıqları bir halda xüsusi əhəmiyyət daşıyır və başqa bir qarşıdurmanın başlanğıcı ola bilər.  

Şərh yaz


Məxfi kod
Yenilə