Çərşənbə, 04 Yanvar 2012 15:09

İran yenə də xəbərdarlıq etdi

سرلشکر صالحي فرمانده کل ارتش ايران سرلشکر صالحي فرمانده کل ارتش ايران

Tehran Radiosu- İİR ordusu komandanının Amerikanın təyyarə daşıyan gəmisinə xəbərdarlığı Vaşinqton rəsmilərinin reaksiyasına səbəb olub.

İİR ordusunun dəniz qüvvələrinin Oman dənizi və Hind Okeanının şimal sularında keçirilən Vilayət 90 adlı əzəmətli manevrinin sonunda İran ordusunun baş komandanı korpus generalı Ətaullah Salehi Amerikanın təyyarə daşıyan hərbi gəmisinin Fars Körfəzini tərk etməsinə işarə edərək bu hərbi gəmiyə xəbərdarlıq edib ki, bir daha Fars Körfəzinə geri dönməsin. Çünki İran bundan sonda yalnız şəfahi xəbərdarlıqla kifayətlənməyəcək.

Bu xəbərdarlığın ardınca Amerikanın müdafiə nazirliyi Pentaqonun sözçüsü Corc Litel Amerikanın dəniz qüvvələrinin məntəqə ki iştiraklarının beynəlxalq qanunlar çərçivəsində olduğunu bildirərək deyib ki, Amerika Hörmüz boğazı haqda qarşıdurma istəmir.

Litel həmçinin iddia edib ki, bu ölkənin təyyarə daşıyan gəmisi və dəniz donanmasının Fars Körfəzində olması onların strateji Hörmüz boğazından keçməsi, ABŞ-ın təhlükəsizlik öhdəliklərinin bir hissəsi, ABŞ-ın regiondakı hərbi əməliyyatlarını himayə məqsədilə habelə bu su keçidinin qanunlarına əsasəndir.

Amerikanın təyyarə daşıyan Con Si Steyns hərbi gəmisi İran ordusunun dəniz qüvvələrinin manevrinin keçirilməsi ilə eyni zamanda Hörmüz boğazından keçərək , özünün Fars körfəzindəki missiya məkanını tərk etdi.

İraqın işğal edilməsi illərində Fars körfəzi və region sularında yerləşən Amerikanın dəniz qüvvələrinin təyyarə daşıyan hərbi gəmiləri ABŞ hərbçilərinin İraqdakı hərbi əməliyyatlarını himayə edirdilər.

Amerikanın Fars körfəzi və region sularındakı hərbi iştirakının gücləndirilməsi 1991-ci ildə baş vermiş ikinci Fars körfəzi müharibəsi zamanı baş verdi.

İraqın Küveytə qarşı hücumu və ondan yaranan məsələlər , rəsmi Vaşinqton üçün münasib fürsət yaratdı ki, ABŞ-ın Fars körfəzindəki mənafelərini təmin etmək üzrə planlarını icra etsin.

Fars körfəzi strateji əhəmiyyətinə xüsusilə bu məntəqənin nəhəng ehtiyatlarına malik olmasına görə, rəsmi Vaşinqton tərəfindən Amerikan qüvvələrin Fars körfəzində yerləşməsi və hərbi iştirakı məsələsi elə soyuq müharibəsi illərində də izlənilirdi.

Fars körfəzi müharibəsindən sonra Amerika regionda təhlükəsizliyin bərqərar edilməsi iddiası ilə Fars körfəzi ətrafında yerləşən ölkələrlə müdafiə və təhlükəsizlik əməkdaşlıqları haqda anlaşmalar imzalamağa müvəffəq oldu ki, bu anlaşmalar əsasında ABŞ-ın regiondakı hərbi iştirakına təkid edildi və bu məsələyə zəmanət verildi.

Fars körfəzində yerləşən hərbi bazaların təchizatları və imkanları bu məntəqənin Amerikanın ekspansionist siyasətlərindəki strateji əhəmiyyətinin nə qədər yüksək olduğunu aşkar edir.

Bu hərbi bazalar Ərəbistan, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Küveyt də yerləşir.

Amerika son illərdə iranofobiya planını icra etməklə regionda silah yarışını yola salıb və beləliklə də regionun Ərəb ölkələrinə külli miqdarda hərbi təchizat satmaqla yanaşı özünün hərbi qüvvələrinin sayını bu ölkələrdə və regionun sularında artırıb.

Bu elə bir haldadır ki, İİR Fars körfəzin və Oman dənizi ilə ən uzun sahil yəni təqribən 2000 km sahilə malik olaraq daim regionun təhlükəsizliyinin regional və yerli qüvvələr tərəfindən təmin edilməsinə təkid edib.

Rəsmi Tehran özünün regional münasibətlərində sülh, sabitlik və dostluq uğrunda səy göstərməsini özünün xarici siyasətinin əsas strategiyası qərar verib və bu prosesdə daim səylər göstərib.

İİR-nın Silahlı Qüvvələri tərəfindən regionda hərbi manevrlərin keçirilməsi də bu müraciətlə keçirilir ki, regionda qüvvələri öz arasında inteqrasiya ilə regionun təhlükəsizliyini təmin etmə qabiliyyətinə malikdirlər.

Həqiqətdə ötən illər məntəqədə kənar qüvvələrin iştirakı ixtilaf, müharibə və qonşuların silah yarışında sərmayələrin hərə getməsindən başqa bir səmərəsi olmayıb. Həm də regionda əcnəbi qüvvələrin iştirakına görə, yaranan hər cür toqquşma və gərginlik bütün region ölkələrinin təhlükəsizliyini hədələyir.

Müəllif : M.Zairi

Şərh yaz


Məxfi kod
Yenilə