Cümə, 25 Noyabr 2011 16:09

FKƏŞ layihəsi, Yəmən xalqına qarşı aqressivliyin şiddətlənməsi

Fars-Körfəzi Əməkdaşlıq Şurasının Layihəsi, Yəmən xalqına qarşı aqressivliyin şiddətlənməsi Fars-Körfəzi Əməkdaşlıq Şurasının Layihəsi, Yəmən xalqına qarşı aqressivliyin şiddətlənməsi
Tehran Radiosu - Yəmən diktatoru Əli Abdullah Saleh tərəfindən Fars Körfəzi Əməkdaşlıq Şurasının layihəsinin imzalanmasından sonra bu ölkədən gələn xəbərlər Yəmən xalqına qarşı aqressivliklərin şiddətlənməsindən xəbər verir.

Bu elə bir haldadır ki, Yəmən xalqının Əli Abdullah Saleh rejiminin cinayətləri, habelə qeyd edilən şuranın layihəsinin mənfi nəticələrinə qarşı etirazları kulminasiya nöqtəsinə çatıbdır. Saleh tərəfindən Fars Körfəzi Əməkdaşlıq Şurası layihəsinin imzalanmasından sonra Saleh rejimi tərəfindən xalqa qarşı hücumlar nəticəsində Yəmən xalqından onlarla nəfər öz qanlarına qəltan ediliblər.

Yəmənin diktator rejiminin repressiya hərəkətlərinin şiddətlənməsinə rəğmən Yəmən xalqı bir daha aksiyalar keçirərək, qeyd edilən layihə ,habelə bu ölkə diktatoruna məhkəmə toxunulmazlığın verilməsi ilə müxalifət ediblər.

Yəmənin etirazçı xalqı bu ölkənin bəzi partiyalarını da Salehlə Fars Körfəzi Əməkdaşlıq Şurası arasındakı danışıqlarda iştirak etməsinə görə Əli Abdullah Salehlə saziş etməkdə ittihamlandırıblar.

Yəmən inqilabçıları qeyd edilən partiyaları, diktator rejimə qarşı xalq qiyamı zamanı yerə tökülən qanları görməməzliyə vurmaları üçün xəyanətkar adlandırıblar.

Yəmən xalqının qanının axıdılmasının davam etdiyi bir halda bu ölkə xalqı Əli Abdullah Saleh və onun nüfuzlu ailə üzvlərinin mühakimə edilmələrinə təkid edirlər. Yəmən xalqı Salehin muzdurlarının keçən aylar ərzində minlərlə nəfəri öz qanlarına ğəltan etmələrinə görə Salehin hərbi cinayətkar olduğunu bildirirlər.

Əli Abdullah Saleh tərəfindən Fars Körfəzi Əməkdaşlıq Şurası layihəsinin imzalanmasının Amerika və onun qərbli müttəfiqlərini hamıdan daha çox sevindirməsinə rəğmən, bu layihə Yəmən xalqının qətiyyətli müxalifəti ilə üzləşib və son günlərdə bu xalqın aksiyalarının şiddətlənməsi isə bu məsələyə bir sübutdur.

Yəmən diktatoru çərşənbə günü Ərəbistanda bəzi müxalif partiyalar ,habelə Fars Körfəzi Əməkdaşlıq Şurasının bəzi rəsmilərinin iştirakı ilə bu şuranın öz ixtiyarlarının müavininə verilməsi üzrə layihəsini imzaladı. Ərəbistanın rəhbərliyi ilə Fars-Körfəzi Əməkdaşlıq Şurasının üzvləri öz layihələrində Əli Abdullah Salehin cinayətlərini görməməzliyə vuraraq, ona məhkəmə toxunulmazlığı veriblər və qüdrətin Salehin müavininə köçürülməsini layihədə yerləşdirməklə Yəmənə hakim kəsilmiş diktatura rejiminin süqut etməsinin qarşısını almaq istəyirlər. Buna görə də bu layihə Yəmən xalqının geniş müxalifəti ilə üzləşib. Siyasi ekspertlərin fikrincə çoxlu nöqsanlara və şübhələrə malik olan Fars Körfəzi Əməkdaşlıq Şurasının layihəsinin diktatora məhkəmə toxunulmazlığı verməsindən əlavə başqa əsaslı problemlərə də malikdir. Bu layihənin icra mexanizmlərinin olmaması da bu layihənin nöqsanlarındandır, çünki Saleh və onun oğlanlarının əlində olduğu ordu , təhlükəsizlik qurumları və başqa mühüm vəzifələrin dəyişdirilməsi bu layihədə nəzərdə tutulmayıb.

İnqilabçıların başqa tənqidlərindən olan digər məsələ isə budur ki, Əli Abdullah Saleh yeni prezidentin seçilməsi zamana qədər formal olaraq öz vəzifəsində qalır. Yəmən xalqı isə bu mövzu ilə kəskin şəkildə müxalifdirlər.

Fars Körfəzi Əməkdaşlıq Şurasının Layihəsinə əsasən Saleh 30 gün içərisində qüdrəti öz müavinlərinə tapşırmalı və layihənin imzalanmasından 3 ay sonra isə prezident seçkiləri keçirilməlidir.

Fars Körfəzi Əməkdaşlıq Şurasının fitnəkar planı praktiki olaraq Yəmən böhranını daha da mürəkkəb mərhələyə daxil edib.

Şərh yaz


Məxfi kod
Yenilə