Bu səhifəni yazdır
Bazar, 19 June 2011 16:04

Xristian missioner təriqətlər AR-da aktivləşir

faliyyate misionerhaye masihi dar azarbayjan faliyyate misionerhaye masihi dar azarbayjan

Tehran Radiosu - Yayılan məlumata görə, son bir neçə ay ərzində müxtəlif qiyafələrdə Azərbaycan Respublikasına gələn xristian missionerlərinin sayı daha çox artıb.

Buna səbəb ölkədə İslam dininə məxsus müəyyən qrupların sıxışdırılması və bir neçə məscidin fəaliyyətinin dayandırılmasıdır. Bildirilir ki, İslam təriqətləri ilə yaşanan bu xoşagəlməzlikdən sonra xristian missionerləri hesab edirlər ki, Azərbaycanda İslama qarşı belə “həssaslıq” nümayiş etdirilirsə, deməli, onların fəaliyyəti diqqəti o qədər də cəlb etməyəcək. Bu günlərdə sərhəd məntəqələrindən birində “Yahova şahidləri” birliyinə məxsus qanunsuz ədəbiyyatların müsadirəsi də buna misaldır.

Deyilənlərə görə, yeni missionerlər daha çox siyasi düşüncəli və vətəndaş cəmiyyətinin yaranmasında maraqlı olan simalardır. Əslində isə onlar Azərbaycanda nisbətən intellektual təbəqəni ələ keçirməyə çalışırlar. Hazırda Azərbaycana missionerlər daha çox Gürcüstan ərazisindən gəlirlər. Əsasən Qərbdən gələn, donor təşkilatlarında, fondlarda sığınacaq tapan missionerlər gənclərə də xüsusi maraq göstərirlər. Qeyd edək ki, tanınmış “Facebook” şəbəkisində aparılan araşdırmalar da sübut edir ki, əsasən kosmopolit gənclər arasında xristianlığa süni bir maraq yaradılır və xristianlığın inkişafı üçün nədənsə hədəf İslam dini seçilir. Amma bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycanda xristianlığın geniş şəkildə və süni halda yayılması mümkünsüzdür. Qeyd edilir ki, 1992-ci və 1998-ci illərdə Azərbaycanda müxtəlif xristian təşkilatlarının təsirinə düşən azərbaycanlıların sayı bəlkə də 10 minə yaxın idi. Həmin təşkilatlara əsasən maddi durumu ağır olan insanlar meyl göstərirmiş. Hazırda isə Azərbaycan R-na gələn missionerlər artıq sadə vətəndaşlarla yox, intellektual təbəqə ilə və gənclərlə işləməyə çalışırlar.

Maraqlı bir fakta əsasən, "Yeni Apostol Kilsəsi", "Yeddinci Günün Adventistləri", "Yahova Şahidləri" və "Həyatverici Lütf" kimi təriqət üzvləri Azərbaycan dili kurslarında təhsil alırlar. Məqsəd paytaxtın müxtəlif yerlərində ünsiyyətə girdikləri yerli müsəlmanlara ideyalarını onların öz dillərində çatdırmaqdır. Onu da bildirək ki, xristian təriqətli missioner təşkilatların əksər üzvləri Azərbaycan dilini bir neçə ay ərzində lazımi səviyyədə qavraya bilirlər. Onlar bu dili öyrəndikdən sonra ideoloji maraqlarını kağız parçalarına yazıb ünsiyyətdə olduqları insanlara verirlər.

Aydın məsələdir ki, Azərbaycan Respublikasında qeyri-ənənəvi missioner təriqətlərin nisbətən geniş fəaliyyəti bu respublikanın müsəlman xalqının kəskin narazılığına səbəb olub.

Bu elə bir haldadır ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi rəsmi Bakıya bağlı qurumlar indiyə qədər missioner qrupların fəaliyyətini ciddi hesab etməyiblər.

Azərbaycan Respublikası müsəlman xalqının geniş etirazı və tənqidinin ardınca, son vaxtlar bu respublikanın rəsmiləri ölkədə azğın məzhəblərin azad şəkildə fəaliyyətinə etiraf etdilər.

Azərbaycan Respublikası parlamentinin deputatı xanım Aynur Quliyeva son vaxtlar bildirib ki, Azərbaycan Respublikası xalqının əksəriyyətini müsəlmanlar təşkil etmələrinə baxmayaraq, missioner qruplar təkcə paytaxtda deyil, ölkənin müxtəlif yerlərində sərbəst şəkildə fəaliyyət göstərirlər.

Həqiqət budur ki, Azərbaycan Respublikası hökumətinə bağlı qurumlar, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu qrupların fəaliyyətini məhdudlaşdırmaq əvəzinə şiələrin fəaliyyətini məhdudlaşdırmaq siyasətini izləyirlər.

Müşahidəçilər Azərbaycan Respublikasında şiələrin fəaliyyətini məhdudlaşdırmaq siyasətinin seçilməsi səbəbini beynəlxalq sionizmə bağlı amillərin AR hökumətində, xüsusilə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində nüfuz etməsində görürlər. Bir sözlə Azərbaycanda xristianlar yenidən at oynatmağa başlayıb.

 

Q.Nurani

 

Şərh yaz


Məxfi kod
Yenilə