Şənbə, 14 June 2014 11:22

Qərb və Türk mətbuatının İŞİD "Ra"-sı (Şərh)

Qərb və Türk mətbuatının İŞİD "Ra"-sı (Şərh)

"Ra" qədim yunan mifinə əsasən günəş allahıdır
Türkiyə mətbuatı utanmasa İraq-Şam İslam Respublikasının yarandığını yazacaq.


Bir neçə gündür ki, Obama və Ərdoğan mətbuatı İŞİD terrorçularını yenilməz ordu kimi göstərərək insanları qorxu altında saxlamaq üçün yeni metoddan istifadə edirlər. Azərbaycan mətbuatı da onlardan ilham alaraq az qala Bağdadın işğal olunduğu xəbərini verir.
Dezinformasiya, informasiya silahı, soyuq müharibə dövründə bunların rolundan bəhs edən video təhlil hazırlamaqdayıq. Yaxın günlərdə bu təhlilimizə baxa biləcəksiniz.

Lakin qısa olaraq şərh etmək istədik ki, insanları bu saxta qorxu cəmdəyindən xilas edə bilək. Türkiyə mətbuatında bu gün səhər xəbərlərində İŞİD-in 3 istiqamətdə Bağdada hücum etdiyini, qarşılarına çıxanlarının başlarını kəsdiyini, ordunu darmadağın etdiyini yayan xəbərlərə rast gəldim. Ayətullah Sistaninin müdafiə cihadı hökmü verməsindən sonra orduya qoşulmaq üçün gedən könüllülərin şəklini "İraqlılar vətənlərini tərk edir kimi" verən Türk mətbuatı kimin yanında olduğunu açıq-aşkar büruzə verir. Yalan xəbərin bu həddə utanmazcasına verilməsi ruhiyyənin aşağı salınmasına hesablanmış bir işdir.

Biz İslamazeri.az olaraq İraqda olan həmvətənlərimizlə, İraqın rəsmi xəbər agentlikləri ilə və iraqlı jurnalistlərlə əlaqə saxlayaraq bütün xəbərləri dəqiqləşdirir, təsdiqlənmiş xəbərləri siz izləyicilərimizə təqdim edirik.

İraq ordusu və xüsusən də könüllülər, peşəkar briqadalar hazırki durumda İraq torpaqlarını məharətlə terrorçulardan təmizləyə bilir.

Sosial şəbəkələrdə insanların İraq münaqişəsinə görə narahat olduqları, qarışıq xəbərlərdən çaş-baş qaldıqları sezilir. Bu başa düşüləndir. Lakin hamı bilməlidir ki, informasiya müharibəsi gedir və İŞİD-i dəstəkləyən Ərdoğan hakimiyyətinin yaydığı xəbərlər, Qərb mətbuatının xəbərləri həmişəki kimi diversiya xarakteri daşıyır. Buna görə də saxtakar mətbuat sizi aldatmasın! Xəbərləri dəqiq informasiya verən mənbələrdən əldə etməyə çalışın! Təsdiqlənməmiş məlumatlara isə inanmayın! Qələbə mütləq haqqın tərəfindədir!

Tural Əli

Şərh yaz


Məxfi kod
Yenilə