Çərşənbə, 11 June 2014 10:11

İŞİD kimdir və hansı məqsədləri güdür?

İŞİD kimdir və hansı məqsədləri güdür?

Tehran Radiosu-İŞİD kimi tanınan İraq və Şam İslam Dövləti qruplaşması 2013-cü ilin aprel ayında təşkil olundu. İŞİD öncə belə təqdim olundu ki, 2006-cı ilin oktyabrında yaranmış Əl-Qaidə şəbəkəsinin tabeliyində olan dırnaqarası islam dövləti ilə Cibhətunnusrə kimi tanınan Suriyada silahlı təkfirçi qrupun birləşməsindən təşkil olunub, amma İraq İslam Dövləti rəhbərlərindən biri olan Əbu Bəkr Bəğdadinin elan etdiyi bu birləşmə sürətlə Cibhətunnusrə tərəfindən təkzib olundu.

 

Bu əhvalatdan iki ay keçəndən sonra Əl-Qaidə şəbəkəsinin rəhbəri- İmen Əl-Zəvaheri göstəriş verdi ki, bu birləşmə ləğv edilsin, amma Bəğdadi bu prosesi davam etdirdi ki, İraq və Şam İslam Dövləti(İŞİD) əsas terrorçu qruplardan birinə çevrildi ki, Suriya və İraqda qətl və dağıntılar törədir. İŞİD İraq və Şam İslam Dövlətinin ixtisar olunmuş baş hərfləridir, amma Suriyada İŞİD-in nəzarəti altında olan məntəqələrdə İŞİD üçün dövlət adından istifadə edilir və hər kəs İŞİD kəlməsindən istifadə edərsə, 75 şallaq zərbəsi onun cəzasıdır. İŞİD yaraqlı bir terrorçu qrupdur ki, sələfi-cihadi(təkfirçi) təfəkkürünü qarşıya məqsəd qoyub və İŞİD-in təşkilatçılarının hədəfi də onların islami xilafət və şəriətin icrası adlandırdıqları məsələnin geri qaytarılmasıdır və İraq və Suriya da İŞİD-in əməlıiyyat keçirmək üzrə meydansulama məkanlarıdırlar. İŞİD Suriyada zahir olduğu zamandan bəri meydana gəldiyi məkan, öz addım, hədəf və əlaqələri barədə uzun-uzadı qalmaqallar yaradıb və bais olubdur ki, mətbuat, media, analiz və reportajlar mehvərlərindən birinə çevrilsin. Bu fundamentalist qrupun mahiyyəti, hədəfləri və əlaqələri onun barəsindəki təzadlı informasiyalara  görə, itibdir. Bir qrup bu qənaətdədir ki, İŞİD Suriyada Əl-Qaidənin qollarından biridir. Başqa bir qrup isə onu islami bir dövlətin təşkilinə çalışan müstəqil bir təşkilat bilir, üçüncu bir qrup isə bu qənaətdədir ki, İŞİD Suriya hökumətinin düzəltdiyi bir qurumdur ki, müxalifləri və onların qruplarını məhv etsin. Bu mətləblərə əsasən, İŞİD nədir?


İŞİD İraqda... Onun təsisinin kökləri və prosesi
Bu qrupun təzəlikdə Suriyada meydana gəlməsinə rəğmən, o, yeni bir təşkilat deyildir, əksinə Suriyada və regionda tanınmış bütün yaraqlı qruplar arasında ən qədim bir təşkilatdır. İŞİD-in təşkilinin kökləri 2004-cü ilə, İraqda Əl-Qaidənin başçısı- Əbu Musəyyib Zərqavinin Tövhid və Cihad Camaatı adlı bir qrupu yaratdığı zamana qayıdır. Zərqavi bu qrupa başçılıq edirdi və o zaman Üsamə Bin Ladənin rəhbərliyi altda olan Əl-Qaidə ilə beyət etdi və sonra bu məntəqədə Əl-Qaidənin nümayəndəsi olaraq, Rafidiyn(İraq) ölkəsində Əl-Qaidə şəbəkəsi adını aldı. İraqda Əl-Qaidə şəbəkəsi Amerikanın İraqdakı işğalçılığı zamanında amerikalı qüvvələrə qarşı yönəlmiş bir cihad qrupu kimi ortaya atıldı və elə bu məsələ İraqda amerikalı işğalçılarla mübarizə yolunda çalışan iraqlı gənclərin cəzb olunmasına bais oldu və sürətlə bu şəbəkənin və onun qüvvələrinin nüfuzunu artıraraq, İraqda yerləşmiş və ən güclü döyüşkən yarımhərbçilərə çevrildi. Zərqavi 2006-cı ildə bir videolentdə zahir oldu və Abdullah Rəşid Bəğdadinin rəhbərliyi ilə Mücahidlərin Məşvərət Şurasının təşkil olunduğunu elan etdi. Zərqavi bu şuranın təşkilini elan etdiyi elə həmin ayda öldürüldü və Əbu Həmzə Mühacir Əl-Qaidə şəbəkəsinin İraqdakı rəhbəri seçildi. 2006-cı ilin sonlarında hərbi bir qrup təşkil olundu ki, İraqdakı bütün fundamentalist təşkilat və şəbəkələri əhatə edirdi, bundan əlavə, o, bu qrupların hədəflərinin təzahür və görüntüsü idi və adı da İraq İslam Dövlətidir. Bu qrupa Əbu Ömər Bəğdadi rəhbərlik edir.

 

İŞİD-in komandanı- Əbu Bəkr Bəğdadi kimdir
İki min onuncu ilin dördüncü ayında və konkret olaraq, aprel ayında amerikalı qüvvələr Sərsar məntəqəsində hərbi əməliyyatın icrasına başladı və Əbu Ömər Bəğdadi və Əbu Həmzə Mühacirin olduqları evə hücum etdilər və təyyarələrdən istifadə olunmaqla iki tərəf arasındakı şiddətli toqquşmalarda bu iki nəfər öldürüldü. Bir həftə sonra bu qrup internetdə yaydığı bir bəyanatda Əbu Ömər Bəğdadi və Əbu Həmzə Mühacirin öldürüldüklərini etiraf etdi. İraq İslam Dövləti Məşvərət Şurası on gün keçəndən sonra iclas keçirdi və Əbu Bəkr Bəğdadini Ömər Bəğdadinin yerinə sədrliyə seçdi və o, bu gün İŞİD- İraq və Şam İslam Dövlətinin kralı hesab olunur.


İŞİD kralı- Əbu Bəkr Bəğdadi kimdir
   O, 1971-ci ildə Samirra şəhərində anadan olmuş İbrahim Bin Əvad Bin İbrahim Bədridir. O, Əli Əl-Bədri Əl-Samirayi, Əbu Dua, Doktor İbrahim, Kərrar və Əbu Bəkr Əl-Bəğdadi kimi bir çox ad və ləqəbə malikdir. O, Bağdad İslam Universitetinin məzunudur, bu universitetdə bakalavr, magistratura və doktoranturanı bitirib və müəllim və təbliğatçı olubdur. O, İslam mədəniyyəti, şəri fiqh və elmilə də tanışdır və tarix elmləri və şəxslərin bağlılıqları ilə də tanışlığa malikdir. İbrahim Bin Əvad Bin İbrahim Əl-Bədri sələfi-təkfirçi əqidəyə malik dindar bir ailədə anadan olub. Atası Şeyx Əvad İraqın Əl-Bu Bədri köçəri tayfasının başçılarındandır ki, onun əsli kəndinə qayıdır və əmiləri İraqda islamçı təbliğatçılardandırlar. Bəğdadi öz fəaliyyətlərini təbliğ və təlimlə başladı, amma çox çəkmədi ki, cihad sahəsinə çəkildi və sələfi-cihadi qütblərdən və İraqın Diyalə və Samirra vilayətlərində ən görkəmli sələfi-cihadi nəzəriyyəcilərdən biri kimi ortaya atıldı. O, özünün ilk fəaliyyətlərini İmam Əhməd Bin Hənbəl məscidindən başladı və bu məntəqədə kiçik bir cihadi müəssisə yaratdı. Bu müəssisə də bir neçə terror əməliyyatı həyata keçirdi və ötən illərdə İraqda küçə döyüşlərində iştirak etdi. Bəğdadi sonra təfəkkür, siyasi kurs və hədəfdə onunla eynifikirli olan bəzi fundamental şəxsiyyətlərlə həmkarlıq yolu ilə Sünni Əhli və Cəmaəti Ordusu adlı ilk qrupu təşkil etdi və Bağdad, Samirra və Dİyalədə öz fəaliyyətlərini genişləndirdi. Çox çəkmədi ki, öz qrupu ilə yanaşı, Mücahidlərin Məşvərət Şurasına qoşuldu və bu şurada şəriət şuralarının təşkili və təşkilatlandırılmasına səy göstərdi. O, məşvərət şurasının üzvlərindən biri idi ki, İraq İslam Dövlətinin təşkili elan olundu. Əbu Bəkr Bəğdadi Əbu Ömər Bəğdadi ilə yaxın əlaqələrə malik idi, belə ki, Əbu Ömər Bəğdadi öldürülməsindən öncə tövsiyə etdi ki, Əbu Bəkr Bəğdadi İraq İslam Dövlətinə rəhbərlikdə onun canişini olsun və bu hadisə 2010-cu il mayın on altısında baş verdi və Əbu Bəkr Bəğdadi İraq İslam Dövlətinin əmiri seçildi. Əl-Qaidənin İraqdakı hərəkətləri və Zərqavi və onun davamçılarının dövrü bir yana qalsın, İraq İslam Dövləti Əbu Bəkr Bəğdadinin onun rəhbəri seçildiyi zamandan bəri uzun qanlı bir tarixə malikdir. İraqda İslam Dövləti çoxlu sayda terror əməliyyat və hücumu həyata keçirib ki, onun nəticəsi minlərlə iraqlının öldürülməsidir. Bu əməliyyatlardan ən mühümü də Bağdadda Ummulqəra Məscidi əməliyyatı idi ki, həmin əməliyyatda İraq Məclisinin üzvlərindən olan Xalid Fəhdavi öldürüldü. Həmçinin Əl-Qaidənin sabiq rəhbəri- Üsamə Bin Ladənin qanının intiqamının alınması üzrə bir neçə əməliyyat keçirildi və İraqda çoxlu sayda terror hücumu baş verdi ki, onların nəticəsində ordu və polis qüvvələri və xalq arasından yüzlərlə nəfər həlak oldu. İraqda Əl-Qaidənin tabeliyində olan internet portalı Bin Ladənin öldürülməsinin intiqamının alınması istiqamətində yüzdən çox intihar hücumunun məsuliyyətini üzərinə götürübdür.   Sonra İraq Mərkəzi Bankı, Ədliyyə Nazirliyi, Əbu Qurəyb və Hut zindanlarına hücum kimi xüsusi əməliyyat adlı bir neçə əməliyyat həyata keçirildi.

   İŞİD Suriyada
Bəğdadi Suriyada baş vermiş böhran və orada yaranmış hərc-mərclikdən bəhrələnərək, Suriyada qarşıdurma xəttinə daxil olduğunu elan etdi. Bəğdadi də Əl-Qaidə ilə əlaqədar olan digər silahlı təkfirçi qrupların başçıları kimi bildi ki, Suriya torpağı cinayət törətmək və başqalarını kafir adlandırmaq üçün münasib bir məkandır. Bundan əlavə, bu hərc-mərclikdən öz istəklərinin reallaşması və öz nüfuzunu Suriyanın İraqla uzun sərhədlərindən Suriyanın şərqinədək genişləndirmək üçün istifadə və Suriya hökumətinə qarşı müharibə elan etdi. İslam Dövləti Suriyada sünni əhlinə kömək şüarı ilə Suriyanın şərqindən meydana girdi. Əl-Qaidənin Suriyada iştirakı 2011-ci ilin sonlarında Əbu Muhəmməd Culaninin komandanlığı ilə Cibhətunnusrə-nin zühuru və meydana gəlməsi ilə başlandı və çox çəkmədi ki, onun qabiliyyətləri artdı və bir neçə ay ərzində Suriyada ən güclü döyüş qüvvələrindən birinə çevrildi və Cibhətunnusrə-nin Əfqanıstanda İmen Zəvaherinin rəhbərliyi altda olan Əl-Qaidə şəbəkəsi ilə beyətinin elan olunması ilə  informasiya və media məlumatları Cibhətunnusrə-nin İraqda İslam Dövləti ilə əlaqələrindən xəbər verdi və İraqda islam dövləti Suriyada da davam etdi. 2013-cü il aprelin 9-da Əbu Bəkr Əl-Bəğdadi Şəmuxulislam şəbəkəsi vasitəsi ilə Cibhətunnusrə qolunun İraqda İslam Dövləti ilə İraq və Şam İslam Dövləti(İŞİD) adı altında birləşdiyini elan etdi və İŞİD hekayəti buradan başlandı.


İŞİD və Ənnüsrə
Qısa bir müddətdən sonra Cibhətunnusrə-nin əmiri- Əbu Muhəmməd Culani bir kassetdə özünün İraqdakı İslam Dövləti ilə əlaqəsini elan etdi, lakin dedi ki, o və ya Cibhətunnusrə-nin Məşvərət Şurası Bəğdadinin iki qrupun birləşdiyini elan etməsindən xəbərsizdirlər və o, birləşmə təfəkkürü ilə müxalifət və Əfqanıstanda Zəvaherinin rəhbərliyi altda olan Əl-Qaidə ilə beyət etdiyini elan etdi. Ənnüsrə ilə İŞİD-in Suriyada birgə əməliyyat keçirmələrinə rəğmən, Bəğdadinin elanından bəri Suriyada bu iki qrup arasında soyuq müharibə hökm sürür. Ənnusrə və İŞİD-in hər biri vahid ifratçı təkfirçi təfəkkürə malikdir və sələfiyyə-cihadi siyasi kursu əsasında əməl edir və İraqda İslam Dövlətinin təşkilinə inanır, amma iki qrup arasındakı fərq onların Suriyanın vəziyyətinə yaxınlıqları və bu xüsusiyyətin onlar tərəfindən qeyd olunmasındadır. Cibhətunnusrə 2011-ci ilin sonlarında Suriya böhranının ilk mərhələsində formalaşdı və dünyəviçi bir dövlətin sayəsində həyat sürən Suriya ictimaiyyətindən təcrübə əldə etdi. Suriya ictimaiyyəti ilə bağlı Cibhətunnusrə-nin ifratçılığı İŞİD-dən az olubdur. Xüsusən ona görə ki, İŞİD təzəlikdə Suriya böhranına daxil olub və qəbulediləsi bir yolu getməyibdir, əksinə qüdrətlə öz nüfuzunu qəbul və özünü gücdən istifadə etməklə nəzarət altında saxladığı məntəqələrdə qəbul etdiribdir. Cibhətunnəsrə Suriya zindanlarında saxlanılan və ümumi amnistiyadan istifadə etmiş bir qrup suriyalı liderin iştirakı ilə yaradılıbdır. Bu şəxslərin bir qrupu gizli şəkildə böhran başlanmazdan öncə qiyama çağırmış və başqa bir qrup da Əl-Qaidənin bayrağı altında olaraq, İraq, Əfqanıstan və Çeçenistan kimi ölkə və məntəqələrdə vuruşmuş və Suriyada böhranın başlanması ilə bu ölkəyə qayıtmışdı ki, Suriyada vuruşsun(Əbu Muhəmməd Əl-Fəttah Culani kimi). Culani Suriya universitetinin məzunlarındandır və İraq, Çeçenistan və bəzi digər ölkələrdə vuruşub. İŞİD daha çox xarici döyüşkən ünsürlərə söykənir və İŞİD-in komandirlik səviyyəsində və ya döyüşçülər arasında xarici üzvlərinin sayı onun suriyalı üzvlərinin sayından çoxdur.

 

İŞİD və Suriya Azad Ordusu
İŞİD-in Suriya Azad Ordusu adlı qrup ilə əlaqəsi olduqca gərgin və qanldır. İŞİD-in hökumətlər, ölkələr və qrupları kafir bilmək üzrə siyasəti o həddə çatıbdır ki, azad ordudakı hər bir qrupu kafir hesab edir. Suriyada İŞİD-in nüfuzuna yaxın məntəqələrdə İŞİD İlə azad ordunun tabeliyində olan bütün qruplar arasında uzun döyüşlər baş veribdir.

İŞİD və kürdlər
İŞİD Suriyanın şimalı və şərqindəki sərhəd məntəqələrə nəzarət çərçivəsində Suriyanın şimal-şərqində, konkret olaraq, Həsəkə, Qamışlı və Əndan məntəqələrində kürd şəbəkələri ilə toqquşub. İki tərəf arasında şiddətli döyüşlər gedib və kürdlər özlərinin Suriyanın şimal və şimal-şərqindəki məntəqələrini geri ala bilməyiblər.

İŞİD-in nüfuz etdiyi məntəqələr
İŞİD Suriyanın şimalında iştirak edir. İŞİD üzvlərinin iştirakı İraqın Suriya ilə sərhədlərindən başlanır və Diyr-Əl-Zur və Əl-Rəqə məntəqələrini əhatə edir və Əl-Rəqə məntəqəsi İŞİD-in tam nəzarəti altındadır. İŞİD Hələbin şimalında Cirablus, Mənculbab və Əzaz-a da nəzarət edir. Bundan əlavə, Türkiyə ilə sərhədlərə yaxın olan Ədləb şəhərinin şimalı da İŞİD-in nəzarəti altındadır. İŞİD daim öz nüfuzunu genişləndirməyə çalışır.
İŞİD bir məntəqədə islam dövləti elan edirsə, bu dövlət nədən ibarətdir? Nə cür idarə olunur? Suriya xalqı bu dövlətin sayəsində necə həyat sürür? Onların qanunlarının mahiyyəti nədir? Azlıqlar və İŞİD-in rəftarı ilə fərqli olan rəftar sahibləri ilə nə cür davranılır? İŞİD-in nazirlikləri və onun rəsmi qərargahları haradadır? Şəriət məhkəmələri nədən ibarətdir? Meydan edamları nədir? Xarici və qərbli kəşfiyyat təşkilatları ilə əlaqələr nədən ibarətdir? Uşaqlar İŞİD ordusunda hansı rola malikdirlər və zindanları haradadır? Bunlar Suriyada İŞİD barədə verilən sullardırlar.

 

 

Şərh yaz