Şənbə, 16 May 2015 08:41

İslam peyğəmbərinin(s.ə.s) besətinin ildönümü günü

İslam peyğəmbərinin(s.ə.s) besətinin ildönümü günü

Bu gün şənbə 27 rəcəb 1436-cı hicri qəməri ili, 16 may 2015-ci milad ili əziz İslam peyğəmbəri həzrət Məhəmmədin(s.ə.s) besətinin ildönümü günüdür.

1449 il öncə belə bir gündə, rəcəb ayının 27-də həzrət Məhəmməd(s.ə.s) Allah-Taala tərəfindən peyğəmbərliyə təyin olundu. O zaman həzrət Məhəmmədin(s.ə.s) 40 yaşı var idi. O, hələ uşaqlıq illərində yaradılış barədə dərin baxışlara malik idi. Daim insanın aliliyi və kəraməti barədə düşünərdi. Sədaqət, əmanətə sədaqət və xeyirxahlıq o həzrətin məhşur xüsusiyyətlərindən idi.
Həzrət Məhəmməd(s.ə.s) vaxtının çoxunu ibadət etmək, düşünmək, Məkkənin şimalında, Nur dağında olan Hera mağarasına çəkilmək və Allaha ibadət etməklə məşğul olardı. Belə bir gündə Hera mağarasında olarkən vəhy mələyi, cənab Cəbrayıl nazil olur və həzrət Məhəmmədə(s.ə.s) Allah tərəfindən peyğəmbər təyin oldnduğu barədə müjdə verir. O andan o həzrətin sonuncu ilahi peyğəmbər olaraq ağır missiyası başlanmış oldu.
Həzrət Məhəmmədin(s.ə.s) peyğəmbərliyə təyin olunduğu gün insanın şirk, ədalətsizlik, ayrı-seçkilik, cəhalət və pozğunluqdan nicat yoluna qədəm basdığı gündür.
Beynəlxalq Səhər Kanalı adından həzrət Məhəmməd Mustafanın(s.ə.s) Allah tərəfindən peyğəmbər təyin edildiyi gün və müsəlmanların ən böyük bayramlarından olan "Besət" bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edirik.

Şərh yaz