Cümə, 15 May 2015 21:53

Mübarək Məbəs bayramı

Mübarək Məbəs bayramı

Rəcəb ayının 26-ı  əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) məbəsinin ildönümü günüdür.

Məbəs günü əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) peyğəmbərliyə seçildiyi gündür.
Məhəmməd Mustafa Fil ilinin rəcəb ayının 27-də hicrətdən 13 il öncə peyğəmbərliyə məbus oldu.
Həzrət Məhəmməd İbn Abdulla İbn Əbdülmüttəlibin (s.ə.s) besəti bəşəriyyət tarixinin ən önəmli günüdür.
bu gündə ən üstün və sonuncu ilahi peyğəmbər bəşərin hidayəti və insanların daimi bələdçiliyi üçün Allah tərəfindən təyin olunmuşdur.
O Allah tərəfindən peyğəmbər seçildi və məmur oldu ki, neçəallahlığı və bütpərəstliyi Yer üzündən qaldırsın və təkallahlığı rəvac versin və vəhy müraciətini insanlara çatdırsın.
Məbəs günü pisliklər və şərlərin ölümü günü idi. Bütlərə qurbanlıq edilən qəribəliklərin ölümü günü idi. Cahillik, şirk və yaraşmaz pərəstişlərin ölümü günü idi.
Səhər Beynəlxalq Telekanalının Azəri televiziyası Məbəs Günü münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edir.

Şərh yaz