Bazar, 21 Dekabr 2014 18:41

Çillə gecəsi

Çillə gecəsi

Tehran Radiosu-Payız fəslinin son günü və qış fəslinin ilk gecəsi ilə toqquşub, ilin ən uzun gecəsini yaradn bir gecədir.  Bu gecə İranda Yəlda (çillə) gecəsi adlanır.

 

Çillə gecəsi iranlı ailələrin bir araya toplaşıb ilin ən uzun gecəsini şənlik kimi qeyd etmələrinə imkan yaradır. Bu milli ayin özü ilə qədim tarixi də çiynində daşıyır.
Antropoloqların qənaətincə, İranda çillə gecəsi və bu uzun gecənin tarixi 7000 ildən çoxdur.
Bu gecədə iranlılar arasında rəvac tapmış çox yaxşı adət-ənənələrdən biri yaşlılar və ağsaqqalların gənclərin yanında olması olub.
Bu gecədə qar yağması çoxlu sevincə səbəb olur. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yiğışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər.

Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır.

Qoz, çərəz, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrəsinin bəzəkləridir.

 

Şərh yaz